Bakıda radikal dindar həyat yoldaşını xüsusi amansızlıqla öldürüb, Gürcüstana qaçıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsində baş verib.
Hadisə Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Ramil Məmmədov radikal dindarlara qoşulub. O, ailə üzvlərinə də bir çox qadağalar qoyub. Bu qadağalar da ailədə narazılıqlar yaradıb. Ramil Məmmədovun həyat yoldaşı Lamiyə Məmmədova da dindar olmasına baxmayaraq o, Ramil Məmmədovun qadağalarından bezib və bu da cütlük arasında narazılıq yaradıb.
Narazılıqlardan sonra Ramil Məmmədov həyat yoldaşını öldürmək qərarına gəlib. O bu məqsədlə gecə saatlarında özünə məxsus olan avtomobili yeniyetmə oğluna verərək, onu qohumlarıgilə göndərib. Bundan sonra evə gələn Ramil həyat yoldaşını ölümcül döyməyə başlayıb. Qadına ağır zərbələr endirən R.Məmmədov daha sonra evdə saxladığı, idman oyunlarında istifadə olunan beysbol dəyənəyi ilə qadının başına zərbələr endirib. Zərbələrə tab gətirməyən Lamiyə Məmmədova hadisə yerində dünyasını dəyişib.
Qadının öldüyünə əmin olan Ramil hadisə yerindən qaçıb. O, qonşularına zəng vuraraq, həyat yoldaşını evdə qətlə yetirdiyini deyib və ölkəni tərk edərək Gürcüstana qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə R.Məmmədovun yeri müəyyən edilib və o, Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 12 il azadlıqdan məhrum edilib.
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ