19 noyabr 2025 10:53
62

Ötən ay 44 nəfər Azərbaycana readmissiya edilib

Bu ilin oktyabr ayı ərzində 44 nəfər Azərbaycana readmissiyası edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin 10 ayı ərzində ümumilikdə 423 nəfərin Azərbaycana readmissiyası baş tutub. Həmin şəxslər Avropa ölkələrindən geri gətirilənlərdir.

Qeyd edək ki, sözügedən proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.