19 noyabr 2025 18:48
89

İslamiada: Azərbaycanın 3x3 basketbol millisi finala vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsini 22:15 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.