23 noyabr 2025 19:05
63

Rusiya klubunun üzvü 24 yaşında vəfat edib

Rusiyanın "Amur" klubunun hokkeyçisi Daniil Şmatkov 24 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

İdmançı yük maşınını idarə edərkən yol qəzasına düşüb.

Qeyd edək ki, D.Şmatkov "Amur"un yetirməsi olub. Bu klubun aşağı yaş qruplarından ibarət komandalarının hər birində çıxış edib. O, əsas komandada ümumilikdə ölkə çempionatında 107 matç keçirib.