23 noyabr 2025 19:25
41

MPL: “İmişli” “Neftçi”yə qalib gəldi

Misli Premyer Liqasının 12-ci turunda "Neftçi" "İmişli"ni qəbul edib

İki sahil” yazır ki, oyunun 11-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Vensan Abubakar hesabı açsa da 13-cü dəqiqədə Ezekiel Morqan bərabərlik qolunu vurub – 1-1.

60-cı dəqiqədə Emin Mahmudov yenidən bakılıları hesabda önə çıxarsa da 64-cü dəqiqədə Dioqo Rollo “İmişli”nin bərabərlik qolunun müəllifi olub. 85-ci dəqiqədə qol vuran Edvin Banquera qonaqların qələbəsini təmin edib.

Misli Premyer Liqası,

12-ci tur

23 noyabr (bazar)

17:30. “Neftçi” 2-3 “İmişli”

Qollar: Vensan Abubakar, 11-pen. (1:0); Ezekiel Morqan,13 (1:1), Emin Mahmudov, 60 (2-1), Dioqo Rollo, 64 (2-2), Edvin Banquera, 85 (2-3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”