27 noyabr 2025 14:43
88

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçirilir.

“İki sahil” xəbər verir ki, forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində”, “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” və digər mövzular müzakirə olunacaq.

Həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimat edəcək.