27 noyabr 2025 16:23
77

Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir

Türkiyə-Azərbaycan media platforması olduqca işlək bir mexazimdir.

“İki sahil” xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, həmin platformanın məqsədi ikitərəfli əlaqələrin və əməkdaşlığın media və kommunikasiya sahəsində gücləndirmək olub.

"Lakin biz deyə bilmərik ki, bu platformanın işləkliyinə yüz faiz nail olunub. Təbii ki, bunun yüz faizlik effektivliyinə nail olmaq çox çətindir".

Müşavir platformaya digər türk dövlətlərinin də qoşulmasının vacib olduğunu bildirib.

"Çünki biz bu anlayışa bütöv bir orqanizm kimi yanaşmalıyıq. Əgər digər türk dövlərləri də platformada təmsil olunsa, faydalılıq daha da artar".