01 dekabr 2025 12:11
73

BDYPİ avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edir

Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

“İki sahil” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır.

Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir.