Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası yeni müavinə həvalə olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minir.
Gömrükçülər 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
“Avromed Company” MMC müasir texnologiyalı farmasevtik deposuna media turu təşkil etdi