03 dekabr 2025 15:33
50

Baş Prokurorluq: Şəxsiyyət məlumatlarınızı tanımadığnız şəxslərə verməyin

Baş Prokurorluğun vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

“İki sahil” xəbər verir ki, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurub:

"Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".