Braziliyanın "Santos" klubunda çıxış edən Neymar uzun müddətdən sonra het-trik edib.
“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının 37-ci turunda "Yuventude"ni məğlub etdikləri matçda (3:0) bütün qolların müəllifi olub. Forvard sonuncu dəfə 2022-ci ilin aprelində, Fransa təmsilçisi PSJ-də çıxış edərkən "Klermon"la qarşılaşmada bunu bacarıb.
Qeyd edək ki, Neymar bu mövsüm "Santos" forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun sol dizindən zədə aldığı və bu səbəbdən mövsümün qalan hissəsini buraxacağı deyilirdi. Lakin oyunçu sonradan zədəsinin ciddi olmadığını bildirib.
Görünən odur ki, "Karvan-Yevlax" "Qarabağ"ı yaxşı təhlil edib - Qurban Qurbanov
AFFA tərəfindən I Liqada çıxış edən klubların rəsmiləri ilə onlayn görüş keçirilib
"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb