Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə Aybəniz Camalovanın "Adını tarixə yazan şəhid qardaşım" kitabı işıq üzü görüb.
“İki sahil” xəbər verir ki, kitab birinci vətən müharibəsi qəhrəmanı, şəhid Hüseyn Muxtar oğlu Məmmədova həsr olub. Kitabın redaktoru yazıçı Vaqif Osmanlıdı.
Orta və ali məktəb pedaqoqu, quramaçı Aybəniz Camalovanın yazdığı bu kitabda onun və ailə üzvlərinin ömür yolu, sənəti, ən başlıcası birinci Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qardaşı Hüseyn Məmmədovun ömür və döyüş yolu işıqlandırılıb. Kitabda şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, dostlarının işıqlı xatirələri, doğulduğu qədim Novruzlu kəndi haqqında məlumat toplanıb.
Bir bacının şəhid qardaşının nisgilindən yaranan bayatılar çələngi, ata yurdu Ağdam rayonunun Novruzlu kəndi, Şuşa xatirələri haqqında qələmə alınan kövrək və yanğılı xatirələr, Qarabağ həsrəti və sevinci, yeni tarix yazan Vətən oğullarinın qəhrəmanlığı, Zəfər nəğmələri, övlad sevgisi Aybəniz xanımın lirik duyğularıdır.
Nəsr və poeziyanın sıx ülfətindən ərsəyə gələn kitabda Vətən, hünər, torpaq nisgili, Zəfərdən sonrakı fərəh, sevinc müəllifin yaşantılarıdır.
Kitabda həm də Azərbaycanda öz yaradıcılıq manerası, zəngin təxəyyül dünyası ilə seçilən və sevilən Aybəniz xanımın qurama kimi rəngbərənd dünyasından su içən lirik duyğuları sözsevərlərin zövqünü oxşayacaq.
AZAL uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verib
Yusif Məmmədəliyevin qızı akademikin xatirəsinə olan ehtirama görə Prezident İlham Əliyevə təşəkkür edib
BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib