ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets”in formasını geyinən türkiyəli basketbolçu Alpərən Şəngün çempionatın tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, o, NBA-da ən gənc oyunçular arasında 5000+ xal, 2500+ ribaund və 1000+ məhsuldar ötürməyə çatan üçüncü basketbolçu olub.

23 yaşlı oyunçu bunu “Sakramento Kinqs”ə (121:95) qalib gəldikləri oyunda bacarıb. Türkiyə millisinin üzvü həmin qarşılaşmada 28 xal, 10 ribaund və 3 assistlə yadda qalıb.
Bu uğura daha əvvəl Lebron Ceyms və Yannis Adetokunbo imza atıb.