18 dekabr 2025 16:48
104

Azərbaycan Çindən toyuq ətinin tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 23 min 26 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 16,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 10 min 560 ton (-26 %), Rusiyadan 8,3 milyon ABŞ dolları dəyərində (-60 %) 5 min 572 ton (-49 %), Gürcüstandan 6,2 milyon ABŞ dolları dəyərində (+53 %) 2 min 581 ton (+25 %), Belarusdan 3,9 milyon ABŞ dolları dəyərində (-27 %) 3 min 528 ton (-3 %), Özbəkistandan 1,5 milyon ABŞ dolları dəyərində (-43 %) 528 ton (-51 %) məhsul gətirilib.

Azərbaycan 9 ilin tamamında Çindən (69 min ABŞ dolları dəyərində 54 ton) tədarükü bərpa edib.