18 dekabr 2025 17:18
88

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib

Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 74-cü iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sədrliyi ilə keçirilən videokonfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, MDB Baş katibinin müavini, Avrasiya İqtisadi Komissiyasının Statistika Departamentinin direktor müavini, üzv dövlətlərin statistika qurumlarının rəhbərləri və rəhbər müavinləri iştirak ediblər.

Şuranın iclasında "MDB Statistikasının İnkişafı" Layihəsinin gedişatı və bu Layihənin 2026-cı il üçün iş planı, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinin 2026-cı il üçün İş Proqramı, MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasına 2026-cı ildə sədrlik və Şuranın 75-ci iclası haqqında məsələlər müzakirə edilib, həmçinin MDB Üzv Dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası haqqında kommünike qəbul olunub.