25 dekabr 2025 20:32
96

Çində alimlər maqnitlə hərəkət edən platformanı iki saniyəyə...

Çinli mühəndislər yeni dünya rekorduna imza atıblar. Belə ki, onlar maqnitlə hərəkət edən platforma avtomobilini cəmi iki saniyədə 700 km/saat sürətləndiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Platforma 400 metrlik sınaq yolunda 700 km/saat sürətləndirilib.

Texnologiya Çinin mərkəzi Çanşa şəhərindəki Milli Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.