26 dekabr 2025 12:04
104

Britaniya polisi şahzadə ilə bağlı FTB-YƏ MÜRACİƏT EDİB

Britaniya hüquq-mühafizə orqanları Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorun azyaşlılara qarşı zorakılığın baş verdiyi iddia olunan tədbirlərdə mümkün iştirakı ilə bağlı FTB-dən əlavə məlumat tələb edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Times" məlumat yayıb.

Sorğuya səbəb maliyyəçi Ceffri Epşteynin işi üzrə dərc olunmuş sənədlər olub. Həmin sənədlərdə keçmiş şahzadənin iştirakı ilə bağlı iddia edilən cinayətlərdən bəhs edilir.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları senzuraya məruz qalmış məlumatlara çıxış əldə etmək üçün müvafiq qurumlarla əməkdaşlıq edirlər.