İsrail Müdafiə Qüvvələri (IDF) bu yaxınlarda Livanın bir neçə rayonunda "Hizbullah"ın hədəflərinə, o cümlədən "Radvan" elit bölməsinin təlim poliqonuna aviazərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Hərbçilərin məlumatına görə, bu obyekt döyüşçülərin hazırlanması, döyüş atışlı təlimlərin keçirilməsi və IDF qüvvələrinə, eləcə də İsrailin mülki əhalisinə hücumların planlaşdırılması üçün istifadə olunub.
Müdafiə Ordusu həmçinin bildirib ki, "Hizbullah"ın bir neçə silah anbarına, əlavə infrastruktura, eləcə də IDF və İsrailə qarşı terror aktlarının təşviqi üçün istifadə olunan binalara zərbələr endirib.