27 dekabr 2025 08:52
78

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

“İki sahil” xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda imzalanıb. Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə Kamboca heyətinə Baş nazirin müavini, milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit başçılıq edib. Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.