Rusiya müharibənin 1405-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 105 805 PUA-sı, 641 zenit-raket kompleksi, 26 775 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 240 artilleriya və minaatanı, 50 291 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.