29 dekabr 2025 18:33
83

Türkiyə və Ermənistan viza prosedurunu asanlaşdırır

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

"Bu münasibətlə Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər",-deyə məlumatda qeyd olunub.