30 dekabr 2025 08:02
84

Ukrayna ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

Ukrayna ABŞ-ın 2026-cı ildə BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi vasitəsilə 2 milyard dollar həcmində humanitar yardım ayıracağı ölkələrin siyahısına daxil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə agentliyin açıqladığı siyahıda qeyd olunur. Məlumata görə, siyahıya Ukraynadan başqa Suriya, Banqladeş, Cənubi Sudan və Efiopiya da daxil olmaqla ümumilikdə 16 ölkə salınıb. Fələstin isə siyahıda yer almayıb. Ayrılan vəsaitlərin bir hissəsi, həmçinin BMT-nin Mərkəzi Fövqəladə Hallara Yardım Fonduna yönəldiləcək.