30 dekabr 2025 10:10
80

Qaxda avtomobil ağaca çırpılıb

Qaxda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

“İki sahil” xəbər verir ki, "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.