30 dekabr 2025 10:16
81

Tomat ixracından gəlirimiz artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 175,4 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

“İki sahil” xəbər verir ki,  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.

Təkcə noyabrda isə Azərbaycan 15,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 17,9 % çoxdur.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.