30 dekabr 2025 15:39
86

Tokayevdən LGBT ilə bağlı QƏRAR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KİV-də, telekommunikasiya şəbəkələrində və internetdə LGBT-nin və pedofiliyanın təbliğini qadağan edən qanunu imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Mətbuat açıqlamasında “qanunsuz məzmunun yayılmasının” məhdudlaşdırılmasına yönəlmiş qanundan bəhs olunur.

Respublika hakimiyyəti bildirirdi ki, bu təşəbbüs uşaqları bu cür məzmundan qorumaq məqsədi ilə qəbul edilib. LGBT-nin təbliğinin qadağan edilməsi tələbi ilə Qazaxıstan vətəndaşları çıxış ediblər. Onlar bu məqsədlə bir il yarım əvvəl müvafiq petisiya yaradıblar.

Qazaxıstanın mədəniyyət və informasiya üzrə vitse-baş naziri Yevgeniya Koçetova bildirib ki, qanunsuz məzmunun yayılmasına görə 140 ABŞ dolları məbləğində cərimə nəzərdə tutulur, təkrar pozuntu halında isə cərimə 280 ABŞ dolları təşkil edir. Həmçinin 10 sutkayadək inzibati həbs cəzası da tətbiq oluna bilər.