Ukraynada sülh yaxın həftələrdə mümkün ola bilər.
“İki sahil” RT-yə istindla xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, müharibənin tezliklə başa çata biləcəyinə ümid verən hadisələr baş verib, amma bu, hələ tam əminlik deyil.
Tusk qeyd edib ki, “yaxın” deyəndə məhz qarşıdakı həftələri nəzərdə tutur. O, həmçinin vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri həlledici əhəmiyyət daşıyır və konkret, etibarlı olmalıdır.
ABŞ Suriyada keçirilən əməliyyatlar zamanı İŞİD-in 300-dən çox silahlısını saxlayıb