31 dekabr 2025 13:58
93

Gürcüstanda 20 milyon dollar dəyərində heroin müsadirə olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları "qara bazar"da dəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə böyük heroin partiyasını müsadirə ediblər.

“İki sahil”in Gürcüstan mediasına istinadən xəbərinə görə, bu barədə brifinq zamanı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib. "Daxili İşlər Nazirliyinin əməkdaşları dekabrın 30-da böyük narkotik partiyasını müsadirə ediblər. İran vətəndaşı saxlanılıb, o, yük maşını ilə qonşu ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotiklər mərmər lövhələrin içinə yerləşdirilmişdi", - deyə o bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi cinayətə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi üçün istintaqı davam etdirir.

"İstintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan maddələri üzrə aparılır", - deyə nazir müavini qeyd edib.