31 dekabr 2025 17:50
96

Xorvatiya Ukraynaya ianə ayıracaq - Məbləğ təsdiqləndi

Xorvatiya hökuməti PURL təşəbbüsü çərçivəsində Ukraynaya 15 milyon avro məbləğində ianəni təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Xorvatiya hökuməti "Ukraynanın prioritet ehtiyacları siyahısı"na (PURL) 15 milyon avro məbləğində töhfəni təsdiqləyib və bununla da Ukraynaya öz qəti və dəyişməz dəstəyini bir daha vurğulayıb", - məlumatda qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün bildirib ki, 2025-ci ildə PURL çərçivəsində ianələrin məbləği 4,3 milyard dollar təşkil edib, bunun təxminən 1,5 milyard dolları dekabr ayının payına düşüb.