Burkina Faso və Mali hakimiyyəti Vaşinqtonun bu ölkələrin vətəndaşlarına viza verməkdən imtina etmək qərarına cavab olaraq ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan edib.
“İki sahil” xəbər verir ki, bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat yayıb.
Burkina Fasonun xarici işlər naziri Jan-Mari Karamoko Traore bildirib ki, qəbul edilən qərar dövlətlər arasında suveren bərabərliyin qorunmasına və diplomatik münasibətlərin əsası olan qarşılıqlı hörmətin yenidən təsdiqlənməsinə yönəlib.
Mali Xarici İşlər Nazirliyi isə açıqlamasında qeyd edib ki, ABŞ administrasiyası Mali ilə heç bir məsləhətləşmə aparmadan birtərəfli qaydada ölkə vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq edib. Bamako Vaşinqtonun bu qərarı ictimai təhlükəsizliklə əlaqələndirməsi iddialarını qətiyyətlə rədd edərək, əsl səbəblərin siyasi xarakter daşıya biləcəyini vurğulayıb.
Fransada 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir