31 dekabr 2025 18:30
90

“Air China” "Airbus"dan 9,5 milyard dollarlıq 60 "A320neo" təyyarəsi alır

Çinin “Air China” aviaşirkəti Avropa aerokosmik şirkəti “Airbus” ilə ümumi dəyəri təxminən 9,5 milyard dollar olan 60 ədəd “A320neo” tipli təyyarənin alınmasına dair müqavilə imzaladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin mətbuat açıqlamasında bildirilir.

Məlumata əsasən, sözügedən təyyarələrin 2028–2032-ci illər arasında mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, çərşənbə axşamı "China Aircraft Leasing" şirkəti Britaniya Virgin Adalarında yerləşən törəmə şirkəti CALC vasitəsilə “Airbus”dan 30 ədəd A320neo təyyarəsi almağa razılaşdığını elan edib. Bundan bir gün əvvəl isə Çinin "Spring Airlines" və "Juneyao Airlines" aviaşirkətləri müvafiq olaraq 30 və 25 ədəd A320 təyyarəsi almaq planlarını açıqlayıblar.