31 dekabr 2025 19:43
92

Fransada 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Fransa gələn il sentyabrın 1-dən 15 yaşından kiçik yeniyetmələrə sosial şəbəkələrdən istifadəni qadağan etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Franceinfo" portalı müvafiq qanun layihəsinin mətninə istinadən xəbər verir.

Sənədin parlamentdə müzakirəsi yanvarın əvvəlində keçiriləcək. Portalın məlumatına görə, qanun layihəsində iki təklif yer alıb. Təkliflərdən ikincisi, orta məktəblərdə mobil telefonların istifadəsini qadağan etməkdir.

Qeyd edək ki, Fransada 2018-ci ildən məktəbəqədər təhsil müəssisələrindən orta məktəb səviyyəsinə qədər siniflərdə mobil telefon istifadəsi qadağandır.