01 yanvar 2026 22:33
88

Nyu-York meri Qurana and içib

ABŞ-də Zohran Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri kimi vəzifəsinin icrasına Qurana and içməklə başlayıb.

“İki sahil” xəbər verir ki,  Yeni ilin erkən saatlarında Nyu-Yorkda, 1904-cü ildə tikilmiş və “City Hall Park”ın altındakı uzun müddətdir qapalı olan metrostansiyada Mamdaninin andiçmə mərasimi keçirilib.

Yalnız ailə üzvləri və yaxın dostların qatıldığı qapalı mərasimə Nyu-Yorkun baş prokuroru Letitia Ceyms rəhbərlik edib.