02 yanvar 2026 10:05
95

Seçkilərdə radikal solçuların qələbəsi ABŞ-ın sonu olacaq - Mask

Amerikalı milyarder İlon Mask radikal solçuların ara seçkilərində qələbəsinin ABŞ-ın sonu olacağı barədə xəbərdarlıq edərək, bunun qismən də miqrasiyaya yanaşmaları ilə bağlı olduğunu deyib.

“İki sahil” xəbər verir ki, Mask bu barədə öz “X” hesabında məlumat verib.

"Radikal solçular qalib gələrsə, ABŞ bitdi. Onlar qanunsuz immiqrasiya və saxtakarlığa qapılar açacaqlar. Artıq ABŞ olmayacaq", - Mask bildirib.