02 yanvar 2026 13:39
96

Türkiyədə 26 terorçu həbs edilib

Türkiyənin Yalova şəhərində 3 polisin şəhid olduğu hücumla əlaqədar saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

“İki sahil” Türkiyə KİV-ə istnadən xəbər verir ki, aralarında evdən sağ çıxarılan 5 qadının da olduğu şübhəlilər, dünən Yalova Məhkəməsinə göndərilib.

Onlardan 26-sı məhkəmə tərəfindən həbs olunub, 16-sı isə məhkəmənin təyin etdiyi hüquqi nəzarət şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, 29 dekabrda saat 02:00 radələrində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı evlərdən birindən açılan atəş nəticəsində polis əməkdaşları İlker Pehlivan, Turgut Külünk və Yasin Koçyiğit şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. Qarşıdurmada 6 İŞİD terrorçusu zərərsizləşdirilib.