İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ-nin hazırda ölkədə keçirilən etirazlara müdaxiləsi bütün regionda xaosa səbəb olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
"Tramp başa düşməlidir ki, ABŞ-nin bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına bərabərdir", - Əli Laricani vurğulayıb.
Laricani bu bəyanatı ABŞ Prezidenti Donald Trampın İran dinc nümayişçilərə qarşı güc tətbiq edərsə, Vaşinqtonun müdaxilə edəcəyi barədə xəbərdarlığından sonra verib.
Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Qeyri-rəsmi məlumatlara görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.
Almaniya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını vacib hesab edir
Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb