02 yanvar 2026 20:54
86

Xarici təhdidlərə qətiyyətlə cavab verəcəyik - İranın müdafiə naziri

İranın müdafiə naziri Əziz Nəsirzadə yanvarın 2-də bildirib ki, İslam Respublikası xarici təhdidlərə qətiyyətlə cavab verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

İsrail ilə 12 günlük müharibə zamanı həlak olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri general-leytenant Hüseyn Salaminin evini ziyarət edən Ə. Nəsirzadə bildirib ki, bəzi ölkələr İranın raket proqramını dayandıra bilməyəcək.

"Bizim raket potensialımızı nə bombalarla, nə də danışıqlar yolu ilə məhv etmək mümkündür", - Ə.Nəsirzadə deyib.

O əlavə edib ki, İran "tarixləri cəmi 250 il olan" ölkələrin qəbul etdiyi qətnamələrlə zəifləməyəcək.

Müdafiə nazirinin sözlərinə görə, İranın hərbi gücü 12 günlük müharibədən sonra əhəmiyyətli dərəcədə artıb.

"Əgər hər hansı təhlükə yaransa, buna qətiyyətlə və tərəddüd etmədən cavab verəcəyik", - Ə.Nəsirzadə əlavə edib.