06 yanvar 2026 09:44
224

"Mançester Siti"nin futbolçusunun ayağı qırıldı

“Mançester Siti” ciddi itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Yoşko Qvardiol sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı futbolçu İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi” ilə matçda (1:1) zədələnib.

BBC-nin məlumatına görə, 23 yaşlı futbolçunun ayaq baldır sümüyü qırılıb. Onuni 3-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.