06 yanvar 2026 09:56
228

AHF rəsmisi Avropa çempionatı matçına təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AHF məlumat yayıb.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.

Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.