06 yanvar 2026 09:31
219

Azərbaycan millisinin meneceri növbəti dəfə beynəlxalq təyinat alıb

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.

Y.Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq "CSM Corona" (Rumıniya) – "Volley Şönenverd" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.