Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Conatan Çeytə təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlər müzakirə olunub, həmçinin mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, Seymur Fətəliyev ötən il oktyabrın 27-də Azərbaycanın Meksikadakı səfiri vəzifəsinə təyin edilib.
“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış” - FOTO
Fərid Bağırzadə Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib FOTO