13 yanvar 2026 16:13
101

Brent markalı neftin qiyməti noyabrdan bəri İLK DƏFƏ...

Brent markalı neftin 2026-cı ilin mart ayı üçün nəzərdə tutulan fyuçerslərinin qiyməti bir barel üçün 65 dollar həddini aşıb. Bu göstərici sonuncu dəfə 18 noyabr 2025-ci ildə qeydə alınmışdı.

“İki sahil” xəbər verir ki, məlumat Investing.com ticarət platformasının göstəricilərinə əsaslanır.

Brent markalı neftin qiyməti 1,86 faiz artaraq 65,06 dollar təşkil edib. Daha sonra qiymət cüzi enərək 65,04 dollar səviyyəsinə düşüb.

Eyni vaxtda WTI markalı neftin fevral fyuçersləri də bahalaşıb. WTI markalı neftin qiyməti 8 dekabr 2025-ci ildən bəri ilk dəfə 60 dollar həddini keçərək 2,29 faiz artımla 60,68 dollar olub.

Qeyd edək ki, Brent Şimal dənizində — Norveç və Böyük Britaniya sahilləri arasında hasil edilən etalon neft markasıdır. Bu marka 1970-ci ildə kəşf edilmiş eyniadlı yatağın şərəfinə adlandırılıb. Brent neftinin hasilatına 1970-ci illərin ortalarında başlanılıb.