16 yanvar 2026 09:44
98

"Qarabağ" bir pillə geriləyib

"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.

“İki sahil” xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb.

"Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.

Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir.