30 mart 2026 21:47
90

"Qarabağ"ın futbolçusu FİFA seriyasının ən yaxşısı seçildi

Azərbaycan millisi bu gün “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci - final oyununa çıxıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və millimiz penaltilər seriyasında 9:8 hesab ilə qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, turnirin ən yaxşı oyunçusu millimizin və "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Cəfərquliyev seçilib.

Mükafatı AFFA-nın baş katibi Cahangir Fərzullayev təqdim edib.