16 yanvar 2026 14:02
106

“Qarabağ” xorvat komandasına qalib gəldi

Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" bu gün yoxlama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Bakı vaxtı ilə saat 12:00-da başlayan oyunda "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün  Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

"Zaqlebye" hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.