24 yanvar 2026 14:55
101

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

Bu gün Qazaxıstanda Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir.

“İki sahil” “Kazinform”a istinadla xəbər verir ki, daha əvvəl Milli Qurultayın 5-ci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyət strukturunda mümkün sistemli dəyişiklikləri, o cümlədən birpalatalı parlamentə keçidi, vitse-prezident vəzifəsinin təsis edilməsini və qanunvericilik təşəbbüsü hüququna malik Xalq Məclisinin yaradılmasını açıqlayıb.

Yanvarın 21-də Prezident Konstitusiya islahatları komissiyasının yaradılması haqqında fərman imzalayıb.

Komissiyaya Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova rəhbərlik edir.

Komissiyaya parlament üzvləri, məslihatların sədrləri, media rəhbərləri, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, regional ictimai şuralar, ekspertlər və elmi icmalar daxildir.