24 yanvar 2026 17:30
96

BSU-da differensial əmək haqqı sistemi tətbiq olunur

Yanvarın 23-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, iclasda BSU-da əmək nəticələrinə görə ədalətli ödənişi təmin etmək, professor-müəllim heyətinin motivasiyasını artırmaq, bacarıq fərqlərini nəzərə almaq, əmək məhsuldarlığını yüksəltmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq məqsədilə differensial əmək haqqının tətbiqi üzrə qaydalar hazırlanıb. Qeyd olunub ki, differensial əməkhaqqı sisteminin tətbiqi 3 hissədən ibarət bir proses olacaq və prosesin birinci mərhələsi (professor-müəllim heyəti üçün) 1 fevral 2026-cı ildən etibarən tətbiq olunmağa başlayacaq.

Qeyd edək ki, tətbiqi nəzərdə tutulan bu sistemin məqsədi BSU-da professor-müəllim heyətinin fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirmək, əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin universitetin inkişaf hədəflərinə uyğun şəkildə stimullaşdırılmasını gücləndirməkdir.