Salyan rayonu ərazisində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, hadisə səbəbi ilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
AZƏRTAC
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı