29 yanvar 2026 18:22
122

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib

29 yanvar 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, YAP Biləsuvar Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

Şura iclasından öncə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən 2020-2025-ci illər ərzində Biləsuvar rayonunda görülmüş irihəcmli işlər, rayonun bütün sahələrində əldə olunmuş sosial-iqtisadi göstəricilər barədə ətraflı məlumat verilib.

İcra başçısı qeyd edib ki, Biləsuvar rayonunda son illərdə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində investisiya mühiti daha da fəallaşmış, həm dövlət, həm də özəl sektor tərəfindən mühüm layihələrin reallaşdırılması üçün əlverişli şərait yaranmışdır. Həyata keçirilən investisiya qoyuluşları rayonun energetika, kənd təsərrüfatı, infrastruktur və digər strateji sahələrində dayanıqlı inkişafı təmin etməklə yanaşı, həm sosial rifahın yüksəldilməsinə, həm də uzunmüddətli iqtisadi perspektivlərin daha da genişlənməsinə əhəmiyyətli töhfə vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı 2020-25-ci illərdə rayonun ayrı-ayrı sahələrində gürülmüş işlər və əldə olunmuş nəticələrlə bağlı məlumatları hazırlanmış slayd əsasında geniş və hərtərəfli formada iştirakçıların diqqətinə çatdırmışdır.

Sonra Şura iclasının gündəliyində birinci məsələ olan “Biləsuvar rayonunun 2025-ci ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun, ikinci məsələ olan “Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatına 2025-ci ildə daxil olan vətəndaş müraciətlərinə baxılması sahəsində görülmüş işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Elşən Astanovun hazırladıqları arayışılar dinlənilib.

İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov bu məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.