Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilir.
“İki sahil” xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə ilk transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və perspektivləri müzakirə ediləcək.
Tədbir çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova və digər rəsmilər çıxış edəcəklər.
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır
Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir
Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram