Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 440kv.m. olan restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 16kv.m. olan mətbəxin taxta üzlüyü 4kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 6kv.m. sahədə yanıb.
Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır
Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir